AZ

Məxfi sənədlər üzə çıxdı - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi silah alveri ilə məşğul olub

Hurriyyet.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xaricdə silah ticarəti ilə məşğul olması barəsində sənədlər üzə çıxarılıb.

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Amerika Milli Arxivindəki materialların dərc edilməsindən sonra,  ötən əsrin 70-ci illərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xaricdə silah ticarəti ilə məşğul olması və bundan qazanc götürməsi bəlli olub.

Məxfiliyi ləğv edilmiş sənəddə təhlükəsizlik orqanları tərəfindən MKİ-nin keçmiş əməkdaşı, silah taciri Samuel Kamminqs barəsində toplanmış məlumat var. Sənədlərin aşkara çıxmasından əvvəl də onun idarədən getdikdən sonra MKİ ilə əlaqə saxladığı barəsində şübhələr mövcud idi. Yeni aşkar edilən sənədlərə görə, Kamminqs vasitəçi olub - onun köməyi ilə MKİ faktiki olaraq, "International Armament Corporation" və "Interamco" adlı silah ticarəti şirkətilərinin sahibi olub.  Bu şirkətlər ABŞ, İsveçrə və Kanadada qeydiyyatdan keçiriliblər.

Hürr Tərcüman

Seçilən
7
hurriyyet.az

1Mənbələr