AZ

“Azadlıq” radiosu ABŞ-ın Qlobal Media Agentliyini məhkəməyə verib

Maliyyələşdirilən Azad Avropa/Azadlıq Radiosu ABŞ-ın Qlobal Media Agentliyinə (USAGM) və təşkilatın rəsmilərinə qarşı federal qrantı ləğv etmək cəhdlərinin qarşısını almaq üçün məhkəməyə müraciət edib.

XəzərNews.az xəbər verir ki, şikayətdə iddia edilir ki, Konqresin mediaya ayırdığı vəsaitlərin inkar edilməsi federal qanunları, o cümlədən Konqresə federal xərclər üzərində müstəsna səlahiyyət verən ABŞ Konstitusiyasını pozur.

Açıqlamada deyilir ki, işə Kolumbiya Dairə Məhkəməsində baxılacaq.

"Bu, Amerikanın düşmənlərinin təbliğatına və senzurasına yol vermək vaxtı deyil. Biz inanırıq ki, qanun bizim tərəfimizdədir və bütün dünyada despotlar tərəfindən bizim ölümümüzü qeyd etməsi tezdir", - Azad Avropa/Azadlıq Radiosunun prezidenti Stiven Kapus bildirib.

Xəbər 3 dəfə oxunub.
Seçilən
13
xezernews.az

1Mənbələr