AZ

Binəqədi bələdiyyəsinin həbsdə olan keçmiş sədrinin bacısı ilə bağlı daha bir hökm çıxarılıb

Dələduzluğa görə həbsdə olan İlknur Turkutun digər cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrli ilə keçirilən prosesdə hökm oxunub.

Hazırda həbsdə olan İlknur Turkutun cəzası birləşdirilib və o, qəti olaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

İttihama görə, İ.Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi, məhkəmə istintaqı davam edən işi həll etmək üçün zərərçəkmişdən 15 min manat pul alaraq yalan vəd verib.

İlknur Turkut bundan öncə də bacısı, Binəqədi rayon bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva ilə birgə hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aytac Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Binəqədi rayon bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər. İttihama görə bacılar zərərçəkmiş şəxslərə yalan vəd verərək 1 milyon manata yaxın ziyan vurub.

Seçilən
7
11
apa.az

10Mənbələr