AZ

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində xidmət göstərəcək

Bayram günləri ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi qeyri-iş günlərində gücləndirilmiş iş rejiminə keçəcək.
 
Bu barədə Moderator.az-a “Azəriqaz”dan məlumat verilib.
 
Bildirilib ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsi və Sumqayıt QİS-in Müştəri xidməti şöbəsi 20-31 mart tarixlərində saat 10:00-dan 16:00-kimi fəaliyyət göstərəcək. Xidmət Sabunçu, Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. Həmçinin 20-24 və 29-31 mart tarixlərində BRQSD-nın və Sumqayıt QİS-in inzibati binalarında da vətəndaşlara xidmət göstəriləcək.
 
“ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində isə 20-24 və 29-31 mart tarixləri qeyri-iş günüdür. Mərkəzlərdə 25-28 mart tarixlərində vətəndaşlara xidmət göstəriləcək.
 
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 Çağrı Mərkəzinə zəng edə və ya (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlarını göndərə bilərlər.
Seçilən
3
15
moderator.az

10Mənbələr