AZ

Süni intellektlə əlaqədar fərdi məlumatların mühafizəsi qaydaları hazırlanacaq

Süni intellektlə əlaqədar fərdi məlumatların mühafizəsinə dair qaydalar hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2025– 2027-ci illərdə beynəlxalq təcrübənin araşdırılması və yerli normativ hüquqi bazanın təhlil olunmasını, fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması qaydalarının hazırlanması və təsdiq üçün təqdim olunmasını, fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyənləşdirilməsini və qarşısının alınması qaydalarının təsdiq olunmasını təmin etməlidir.

Seçilən
1
apa.az

1Mənbələr