AZ

UNESCO-da Novruz bayramı qeyd edilib

Yazını böyüt
Yazını kiçilt

2025-ci ilin 17 mart tarixində Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, Monqolustan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında Novruz bayramı qeyd olunub.

Hafta.az xəbər verir ki, tədbirdə həmin ölkələrin UNESCO yanında daimi nümayəndələri, təşkilatın baş direktorun müavini Xinq Qu, diplomatik korpus və diaspor təşkilatları nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirin açılışında Xinq Qu və Qırğızıstanın UNESCO yanında daimi nümayəndəsi Sadyk Sher-Niyaz çıxış edərək, Novruz bayramı haqqında, onun mənəvi əhəmiyyətindən danışıblar, bəşəriyyət üçün önəmli bayramlardan biri olduğu, insanları bir araya gətirdiyini vurğulayıblar.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra, təşkilatçı ölkələr milli musiqi və rəqs nümunələrini təqdim etmişlər. Mədəni hissədə Azərbaycanın milli rəqsi “Uzundərə” təqdim olunub.

Sonda iştirakçılar milli mətbəximizin dolma, aş və qutab kimi məşhur təamlarından dadıblar.

Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Seçilən
0
1
hafta.az

2Mənbələr