AZ

ABŞ və Rusiya prezidentlərinin danışığı haqda

ABŞ və Rusiya prezidentləri dünən uzun-uzadı danışıblar. Bu, Tramp üçün daha əlverişli vaxt idi, lakin Putin gecələr aktivdir və təsadüfi deyil ki, o, iki ölkə arasında xokkey matçı təşkil etmək ideyasını irəli sürüb.

Danışıqlar üçün nümayəndə heyətləri formalaşdıracaqlar, hər iki komandanın orta yaşı ifrat dərəcədə çoxdu.

Daha əvvəl yazdığım və gözlədiyim kimi, ABŞ hələ də istədiyinə nail ola bilməyib (düzünü desəm, 30 günlük atəşkəsə nail olmaq istəyi bəlli deyil, ilkin məqsəd bu deyildi və hətta bu barışıq əldə olunsa belə, tərəflər bu vaxtdan möhlət almaq üçün istifadə edəcəklər, müharibəni dayandırmaq üçün yox).

Bütün bunların arxasında ABŞ-ın  növbəti hədəfi - İran artıq aydın görünür. Bəs bu ölkəyə qarşı hansı taktikadan istifadə olunacaq?Husilər artıq bombalanır və onlar iftar zamanı Truman təyyarə daşıyan gəmisində atəş açmaq hobbisi formalaşıb. (Bəlkə onun adını Trump qoyaq?, sadəcə bir neçə hərfi rəngləmək lazımdır).

Seçilən
46
anspress.com

1Mənbələr