AZ

Boçoraşvili: Ermənistan və Azərbaycan arasında münasibətlərin dərinləşməsinə kömək edə bilərik

Biz regionda sülhün möhkəmləndirilməsinə töhfə vermək üçün Ermənistan və Azərbaycan arasında münasibətlərin dərinləşməsinə kömək edə bilərik.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Nyu-Delhidə “Raizina Dialoqu 2025” beynəlxalq konfransı çərçivəsində keçirilən panel müzakirəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

O, Gürcüstanın Ermənistan və Azərbaycan arasında sülh sazişini və regionda davamlı sülhü dəstəklədiyini vurğulayıb.

“Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişini və regionumuzda davamlı sülhü qətiyyətlə dəstəkləyir. Gürcüstanın öz mövqeyini çox aydın və ucadan səsləndirir ki, biz regionumuzda sülhün, əməkdaşlığın və dialoqun möhkəmlənməsinə töhfə vermək naminə harada lazımdırsa iki ölkəyə yardım etməyə hazır olacağıq. Biz sülh və təhlükəsizlik sayəsində çox şey edə biləcəyimizə inanırıq. Bölgəmizdəki potensialdan yalnız o zaman istifadə edilə bilər ki, biz öz aramızda yaxşı əməkdaşlıq edək”, - Boçorişvili bildirib.

Seçilən
5
1
apa.az

2Mənbələr