AZ

Təhsil müəssisələrində Novruz şənlikləri - FOTO

Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib.

Təhsil İdarəsindən hafta.az-a bildirilib ki, tədbirlərdə şagirdlərə xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramı haqqında geniş məlumat verilib. Bildirilib ki, Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır.

Milli adət-ənənələrin gənc nəslə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb, həmçinin Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti və Novruz atributlarından bəhs edilib. Novruz bayramının Azərbaycanın bütün ərazisində yenidən qeyd olunmasının insanlara ayrıca bir sevinc bəxş etdiyi nəzərə çatdırılıb.

Tədbirlərdə şagirdlər Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirlərə rəngarənglik qatıb.

Seçilən
9
2
hafta.az

3Mənbələr