AZ

Ermənistanın maliyyə naziri: Sülh müqaviləsi güzəşt anlamına gəlmir – ÖZƏL

Ermənistan sülh müqaviləsi çərçivəsində heç bir güzəştə getmir, bu proses qarşılıqlı əsasda aparılır. 

Olaylar.az xəbər verir ki, bu barədə 19 martda parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın maliyyə naziri Vahe Ovanisyan bəyan edib.

Nazir ölkənin 750 milyon dollar dəyərində avrobond buraxmasının sülh müqaviləsi çərçivəsində güzəştlərlə bağlı olduğuna dair iddialara cavab verərək bildirib ki, bu, hər iki tərəf üçün bərabərhüquqlu prosesdir.

Ovanisyana Ermənistanın suveren əraziləri ilə bağlı qərar vermək səlahiyyətini itirib-itirmədiyi barədə sual ünvanlanıb. Cavabında nazir bildirib ki, əgər bu, ikitərəfli müqavilədirsə, deməli, Azərbaycan da suverenliyinin bir hissəsini güzəştə gedir: "Əgər demarkasiya olunmuş sərhəd olacaqsa, biz də sərhədimizdə kimin olmasını istəməyə bilərik. Əgər sülh sazişi mövcuddursa, düşünürəm ki, demarkasiya prosesi sonuna qədər davam edəcək. Razılaşmanın tezliklə imzalanacağına inanıram və sülhün olacağına ümid edirəm."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr