AZ

Türkiyədə qızıl da bahalaşdı

Türkiyənin maliyyə bazarlarında ciddi dalğalanmalar yaşanır.

​​​​​​"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Ekrem İmamoğlunun həbs edilməsi maliyyə bazarlarında ciddi reaksiya doğurub. İmamoğlunun həbsinin ardından Türk Lirəsi sürətlə dəyər itirməyə başladı.

Bu gün dolların  məzənnəsi  sürətlə artaraq 40 lirəni keçdi, avro isə 44,60 lirə lə yeni bir rekorda imza atdı.

Bahalaşma qızıla da təsir edib. 1 qram qızılın  qiymətinin 3800 lirəyə yaxınlaşmas investorların qızıl kimi ənənəvi təhlükəsiz limanlara yönəlməyə başladığını göstərir.

İqtisadi analitiklər,siyasi gərginliklər və hüquqi tədbirlərin maliyyə bazarları üzərində uzunmüddətli təsir edə biləcəyini vurğulayırlar.

Bazar iştirakçıları və sərmayəçilər siyasi qərarların maliyyə bazarlarında yarada biləcəyi qeyri-müəyyənliyi diqqətlə izləyirlər.

Bu dalğalanmaların inflyasiya və həyat səviyyəsi üzərində də əlavə təzyiqlərə səbəb olacağı gözlənilir.

​​​​​​"Cebheinfo.az"

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr