AZ

Könlüm keçir DİN Hospitalından - MƏĞRUR BƏDƏLSOY YAZIR

Son 32 ildə hər martda, hər Novruzda ən çox andığım doğmalarım arasında DİN Hospitalının personalı önəmli yer tutur. Doğmalıq bu hərbi tibb qurumunda yenidən dünyaya gəlməyimdən, həkimlərin , tibb bacı-qardaşlarımın diqqət və qayğısından qaynaqlanır.

32 öncə Qarabağdan hərbi vertolyotla hərbi hospitala, oradan DİN Hospitalına Alla həkimimin “tabeliyinə” verildim. Həkimimin doğmalığı, qayğısı təkcə ölkənin bütün baş tibb mütəxəssislərini sağalmağıma səfərbər etməsi ilə bitmirdi, hər sözü, hər jesti ilə əsl həkimlik xidmətində idi. Söhbət heç həkim haqqından da getmir, həkimim hospitalda olmayan dərmanları da özü tapıb gətirirdi.

İndi bayram günlərində ürəyim yenə doğma insanlara doğrudur. İki ay qabaq sayğılı nazirim Vilayət Süleyman oğlunun birbaşa göstərişi ilə doğma tibb ocağında müalicədə idim. Nazirimin diqqət və qayğısı elə yüksəkdir ki, tibb xidməti, hospital özü zəng edib “doğmalaşma kursuna” çağırır. Sayğılı nazirimə ölənəcən borcluyam, ən çətin, dözülməz, həyatdan üzüləcəyim anlarda arxamda olub, ayaqda qalmağıma nədən olub.

İki ay qabaq hospitalın müavini Namiq Bədirxanlının, terapiya şöbəsinin müdiri, xanım-polkovnik-leytenant Samirə İmanovanın, illərin müalicə həkimim, xanım-kapitan Natəvan Məmmədovanın,  tibb bacılarım Arzu, Natella, İradə  xanımların ... doğma ilgisindən elə  sağaldım ki, bir də  hospitala yolum nə vaxt düşər, onu sayğılı nazirim bilər. Yolum yalnız ürəyim ağrıyanda düşsə də, ürəyim , hər çağ  doğma insanların yanındadır.  Könlüm keçir DİN Hospitalından.

Məğrur BƏDƏLSOU

 

Seçilən
1
hurriyyet.az

1Mənbələr