Türkman irsi və vətəndaş cəmiyyətlərinin həmrəyliyinin iqtisadi inkişafa və əməkdaşlığa olan təsiri barədə geniş fikirlərini İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlayıb.
QHT sədri bildirib ki, türkmən irsi və vətəndaş cəmiyyətlərinin həmrəyliyi bir neçə vacib istiqamətdə iqtisadiyyatımıza müsbət təsir göstərə bilər. O, xüsusilə mədəniyyət və diplomatiya sahəsindəki əlaqələrin güclənməsinin, türkmən mədəniyyətinin zəngin irsinin qorunmasına və tanıdılmasına böyük töhfə verəcəyini vurğulayıb:
"Türkmən mədəniyyəti və ədəbiyyatı ilə sıx əlaqələrimiz mövcuddur və bu əlaqələr iqtisadi sahələrdə də inkişaf etdirilə bilər. Digər tərəfdən, biz, məsələn, turizm sektorunda xalçaçılıq, tekstil və s. sahələrində brendləşmə və ixrac imkanlarını genişləndirə bilərik. Bu, həmçinin bu işin qorunmasına və tanıdılmasına müsbət təsir göstərə bilər. Turizmin inkişafına da müsbət təsir edə bilər. Biz vətəndaş cəmiyyətinin aktiv iştirakı ilə türkmən mədəniyyəti ilə tanış ola bilərik. Türkmənləri ölkəmizə səfərlərini belə təşkil edə bilərik ki, bu da turizm əlaqələrinin yaranmasına və inkişafına müsbət təsir edər, fayda verə bilər. Digər tərəfdən, sosial inteqrasiya və dayanıqlı inkişafı da qeyd etmək lazımdır ki, bu, xüsusilə gənclərin icmalar arasında və ya sahibkarların əlaqələrinin formalaşmasına kömək edə bilər. Bu da iqtisadi fəaliyyətlərə hər iki tərəfin qoşulmasını təşviq edə bilər. Digər tərəfdən, kənd təsərrüfatı və kiçik, orta biznes kimi sahələrdə əməkdaşlığı gücləndirə bilərik".
Eyyub Kərimli Türkmənistanın Orta Asiyanın enerji resursları baxımından zəngin bir region olduğunu da qeyd edib, bu zənginliyin regional əməkdaşlığa və enerji, nəqliyyat logistikasına faydalı təsir göstərə biləcəyini vurğulayıb:
"Türkmənistanın enerji potensialı bu sahədə əməkdaşlığın inkişafına təkan verə bilər."
Pərvanə Fərhadqızı
QHT.az