Türkiyəli məşhur müğənni Ercan Saatçi saxlanılıb. Metbuat.az xəbər verir ki, sənətçi İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində saxlanılıb. Ercan Saatçi İstanbul Böyükşəhər Bələdiyyəsinin konsertlərinin təşkilinə görə ittiham olunur.
Qeyd edək ki, müğənni Ercan 2024-cü ildən etibarən "Kanal D"də yayımlanan "Çok Akustik" proqramının aparıcısı olub.