AZ

İranda yol qəzalarında 87 nəfər ölüb

Bakı. Trend:

Ötən 4 gün ərzində İranda Novruz bayramı ilə əlaqədar yerlisəfərlərdə baş verən yol qəzalarında 87 nəfər ölüb.

Trend-inməlumatına görə, bunu İranın Yol Polisinin rəisi polkovnik ƏhmədKərəmi Əsəd yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan müddətdə yol qəzalarında 3 075nəfər xəsarət alıb.

Kərəmi Əsəd bildirib ki, təkcə ötən gün ərzində baş verən yolqəzalarında 21 nəfər ölüb, 625 nəfər xəsarət alıb.

Qeyd edək ki, İranda Novruz bayramında və ölkədə qeyd olunan“Yeni İl” istirahət günlərində əhalinin istirahət və şənliklərtəşkil etməsi əlaqədar ölkədaxili səfərləri artır.

Seçilən
4
az.trend.az

1Mənbələr