AZ

Putinin əmrindən sonra ruslar öz PUA-larını VURDU

Putinin əmrindən sonra ruslar öz pilotsuz təyyarələrini vurublar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bəyan edib ki, Putinin əmrindən sonra onlar Nikolayev vilayətindəki enerji obyektlərinə zərbələr endirmək üçün uçan öz pilotsuz təyyarələrini vurublar.

Agentlik izah edib ki, Putinlə Trampın söhbətindən sonra prezident Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması barədə göstəriş verib.

Bu zaman havada yeddi pilotsuz təyyarə olub. Onlar Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulub.

Altı cihaz “Pantsir” sistemi tərəfindən vurulub, digəri isə qırıcı tərəfindən məhv edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
81
36
interpress.az

10Mənbələr