Azərbaycan ABŞ-ın ən iri neft şirkətlərindən olan “ExxonMobil”lə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
Missiya.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu barədə müzakirələr korporasiyasının vitse-prezidenti Con Ardillə görüşdə aparılıb: "Şirkətlə uzunmüddətli tərəfdaşlığımızı müzakirə etdik".
"ExxonMobil" (@exxonmobil) korporasiyasının vitse-prezidenti Con Ardillə görüşdə şirkətlə uzunmüddətli tərəfdaşlığımızı, həmçinin #enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.#EconomyAz pic.twitter.com/hmtWTBvCGq
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 19, 2025