AZ

XİN rəhbərinin BMT Baş Assambleyasının sədri olacağı gözlənilir

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniyanın Nazirlər Kabineti xarici işlər naziri Annalena Berbokun BMT Baş Assambleyasının sədri postuna namizədliyinin irəli sürülməsi xəbərini təsdiqləyib.

Bu barədə Nazirlər Kabinetinin rəsmi təmsilçisi Şteffen Heberştrayt məlumat verib: "Nazirlər Kabineti Baş Assambleyanın sədri vəzifəsinə Annalena Berbokun namizərliyinin irəli sürülməsini qərara alıb".

Heberştrayt qeyd edib ki, qarşıda BMT-yə namizədliyin razılaşdırılması prosesi durur. İyunda isə Berbokun bu vəzifəyə seçiləcəyi gözlənilir.

Hürr Tərcüman

 

Seçilən
9
hurriyyet.az

1Mənbələr