AZ

Sosial Xidmət Mərkəzlərinin benefisiarları üçün Novruz şənlikləri təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu və Nərimanov Sosial Xidmət Mərkəzlərinin xidmətlərindən yararlanan uşaqlar üçün bayram tədbirləri təşkil edilib. 

 

Tədbirlərdə uşaqlarla yanaşı, onların valideynləri də iştirak ediblər. 

 

Agentliyin Nərimanov Sosial Xidmət Mərkəzində keçirilən “Novruz töhfələri” adlı tədbirdə uşaqlar bayramın tarixi dəyərini, rəmzlərini, xalqımızın adət-ənənələrini əks etdirən rəngarəng xonçalar hazırlayıblar. 

 

Mərkəzin “Parla” inkluziv mədəni kollektivinin üzvləri tərəfindən müxtəlif musiqi və rəqs ifaları təqdim edilib. 

 

Şən musiqi nömrələri və rəqslər, rəngarəng səhnəciklər və çıxışlar azyaşlıların böyük marağına səbəb olub. 

 

Sabunçu Sosial Xidmət Mərkəzində xidmət göstərilən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün “Hacıağa Abbasov” аdına Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunan tədbir keçirilib. 

 

Novruzun sevimli personajları olan Bahar qızı, Kosa və Keçəl xoş dialoqları ilə iştirakçıları əyləndiriblər. Novruz şənliyi uşaqlar və valideynlərin birgə yallı rəqsi ilə tamamlanıb. 

 

Həyata keçirilən bu kimi tədbirlər həssas kateqoriyadan olan uşaqların ictimai inklüziyası, asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün artırılması məqsədi daşıyır.

Seçilən
3
1
qht.az

2Mənbələr