AZ

Bu qurumun əməkdaşlarının maaşı ilə bağlı YENİ QƏRAR

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının (Agentliyin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.  
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərarla həmçinin Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də yeni redaksiyada təsdiq edilib. Maliyyə Nazirliyi bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirəcək.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq ediləcək.

Seçilən
7
49
manset.az

10Mənbələr