"Fənərbağça" Süper Liqanın 28-ci turunda "Samsunspor"la qolsuz heç-heçə edərək lider "Qalatasaray"ın 9 xal gerisinə düşüb.
Offsideplus.az xəbər verir ki, "Sports Digitale" yutub kanalına danışan jurnalist Şansal Büyüka maraqlı fikirlər səsləndirib. O, düşünür ki, Edin Ceko və Duşan Tadiç oynadığı müddətcə "sarı-lacıvərdlilər" çempion ola bilməyəcək:
"25 həftə əvvəl düşündüyümü bu gün də düşünürəm. Ceko və Tadiç "Fənərbağça"nın ilk 11-liyində oynadıqca, onlar çempion ola bilməyəcək. Bir daha təkrar edirəm, bu iki oyunçu ilk 11-likdə birlikdə oynadıqca "Fənərbağça" çempion ola bilməz.