İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və 99 şübhəli barəsində “cinayətkar təşkilatın rəhbəri olmaq”, “cinayətkar təşkilata üzv olmaq”, “qəsb”, “rüşvətxorluq”, “ixtisaslı fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tender saxtakarlığı” cinayətləri üzrə həbs qərarı çıxarılıb.
News24.az xəbər verir ki, hadisənin əks-sədası davam edərkən, CHP Qrup sədr müavini Əli Mahir Başkar Milli Məclisin tribunasındakı çıxışı ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasına reaksiya verib. Başarırın çıxışı zamanı bütün CHP millət vəkilləri kürsüyə qalxıb.
Bütün xəbərdarlıqlara baxmayaraq, CHP-nin deputatları öz yerləriniə keçmədikləri üçün Sırrı Süreyya Öndər iclası təxirə salmalı olub. Gərginlik azalmadığı üçün Türkiyə Böyük Millət Məclisinin Baş Məclisi sabah saat 15.00-a qədər bağlanıb.
Günel Məlikzadə