Gəncədə 26 yaşlı oğlan bədənin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanalardan birinə çatdırılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü Z.Rzayev həmin xəstəxananın yaxınlığında kürəyindən bıçaqlanıb.
Zərərçəkən dərhal əməliyyata götürülüb, vəziyyətinin stabil olduğu bildirilir. Onun kim tərəfdən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta