AZ

Ədliyyə naziri Əkrəm İmamoğlunun saxlanılmasından danışıb


Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər şübhəlilər haqqında aparılan istintaqla bağlı açıqlama verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir İstanbul Baş Prokurorluğu tərəfindən iki fərqli istintaq çərçivəsində ümumilikdə 106 nəfər haqqında həbs qərarı çıxarıldığını bildirib
Yılmaz Tunç istintaqın qanun çərçivəsində aparıldığını vurğulayıb və məhkəmənin qərarlarına hörmət edilməli olduğunu bildirib: “İmamoğlu və digər şübhəlilərin terror təşkilatına yardım və yataqlıq, rüşvət, hədə-qorxu ilə tələb etmə, tender saxtakarlığı və digər qanunsuz fəaliyyətlərdə iştirak etdikləri iddia olunur”.
O, məhkəməyə təsir göstərməyə çalışan çağırışların və küçə etirazlarının qəbuledilməz olduğunu qeyd edərək, hüquq dövləti prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb.
Nazir həmçinin istintaqın ciddi sübutlar – MASAK (Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Maliyyə Cinayətlərini Araşdırma Qurumu) hesabatları, vergi ekspertizası və şahid ifadələri əsasında aparıldığını bildirib.
Seçilən
0
1
yeniavaz.com

2Mənbələr