AZ

İmamoğlunun həbsini Ərdoğanla əlaqələndirənlər həddi aşırlar - Nazir

İstintaq həssaslıqla və dəqiqliklə aparılır.

Modern.az xəbər verir ki, bunu Türkiyə ədliyyə naziri  Yılmaz Tunç İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

"Bu məsələni xüsusilə qeyd etmək istəyirəm ki, Türkiyə Respublikası bir hüquq dövlətidir. Konstitusiyamızın 9-cu maddəsi hər kəsə məlumdur. Mühakimə səlahiyyəti türk milləti adından müstəqil və tərəfsiz məhkəmələr tərəfindən istifadə olunur. Hüququn aliliyi əsasdır. Qanunlar qarşısında hər kəs bərabərdir. Heç bir şəxs və ya qrup üçün ayrı-seçkilik edilə bilməz. Konstitusiyamızın 138-ci maddəsinə görə, məhkəmələr müstəqildir, heç bir orqan, vəzifə və ya şəxsr mühakimə səlahiyyətindən istifadə edilməsində  məhkəmələrə və hakkimlərə  əmr və təlimat verə bilməz. Tövsiyə və təlqin edə bilməz. Cəza Məhkəməsi Qanunun 157-ci maddəsinə əsasən istintaq prosesi gizlin aparılır. Bu gizlilik  həm ədalətin düzgün işləməsi, həm də haqların tapdalanmasının qarşısının alınması, təqsirsilik prezumpsiyası baxımından vacibdir",- o deyib.

Nazir qeyd edib ki, küçələrə çağırmaqla dezinformasiya yaymaq, ictimaiyyəti çaşdırmağa istiqamətlənmiş  fikirlərin səsləndirilməsi qəbuledilməzdir:

"Məhkəmə qarşısında hesabat vermək və müdafiə hər kəsin haqqı və məcburiyyətdir".

Nazir işin Prezident Rəcəb Tayyib Ərdoğanla əlaqələndirilməsini tənqid edib: "Bu hədsizlikdir. Qanunvericilik, icraedici və məhkəmə olaraq qüvvələrin bölünməsi əsasdır. Məhkəmə heç kəsdən əmr və təlimat almaz. Məhkəməyə hücum etmək, məhkəmə işçilərini təhdid etmək, onları təhqir etmək hüquq dövlətində qəbul edilə bilməz".

Seçilən
6
modern.az

1Mənbələr