AZ

“Barselona”nın futbolçusu millidən çıxarıla bilər

“Barselona”nın futbolçusu Ferran Torres İspaniya millisinin qarşıdakı oyununu buraxa bilər.

Msport.az xəbər verir ki, buna səbəb cinah oyunçusunun zədədən əziyyət çəkməsidir.

O, La Liqanın geridə qalan turunda “Atletiko” ilə görüşdə (4:2) xəsarət alıb. Ferran İspaniya millisinin bugünkü məşqində fərdi məşq edib.

Torresin cümə axşamı Niderlandla Millətlər Liqasının 1/4 final oyununda iştirakı sual altındadır.

Seçilən
9
msport.az

1Mənbələr