Bolqarısatan çempionatının “Levski” – “Arda” oyunu ərəfəsində yanlış məlumat əsasında xoşagəlməz hadisə yaşanıb.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Belə ki, oyun ərəfəsində “Arda” guya müəmmalı şəraitdə 78 yaşında dünyasının dəyişmiş, klubun keçmiş futbolçusu Petko Qançevin xatirəsini bir dəqiqəlik sükutla yad etmək qərarına gəlib.
Komandalar meydanın mərkəz dairəsi boyunca düzülərək, mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ancaq sonradan məlum olub ki, Qançev sağ-salamatdır.
Məlum yanlışlıqdan sonra “Arda”nın mətbuat xidməti üzrxahlıqla çıxış edib:
“Biz böyük üzrxahlığımızı çatdırırıq. Biz Petko Qançevə uzun ömür, möhkəm cansağlığı və uğurlar diləyirik”, – klubun bəyanatında deyilir.
Hadisədən xəbər tutmuş Petko Qançev baş vermiş hadisəyə yumorla qarşılıq verib. Jurnalistlər qocanı ziyarət edərək ölmüş elan edilməsi barədə soruşduqda isə Petko kefini pozmadan qələm əhlini belə cavablayıb: “Heç nə qardaşlar, özümə araq süzdüm və öz sağlığıma vurdum!”