"Liverpul"un ulduzu "Atletiko"nun (Madrid) "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi Darvin Nunezi transfer etmək istəyir. Bu barədə idman jurnalisti Ben Yakobs "X" hesabında paylaşım edib.

Paytaxt klubu yay "transfer pəncərəsi"ndə uruqvaylı hücumçu üçün 35-40 milyon avroluq təklif irəli sürməyi planlaşdırır.