AZ

İngiltərə Premyer Liqasının ən bahalaşmış futbolçuları

“Transfermarkt” internet-portalı İngiltərə Premyer Liqasının ən bahalaşmış futbolçularının onluğunu açıqlayıb.

Arena.az məlumat verir ki, siyahının zirvəsində transfer dəyəri 40 milyon avro məbləğində bahalaşmış Koul Palmer yer alır.

İkinci və üçüncü yerlərdə isə hər birinin transfer dəyəri 25 milyon avro məbləğində artmış “şəriklər” – Aleksander İsak və İtan Nvaneri qərarlaşıblar.

İlk onluğu təqdim edirik:

  1. Koul Palmer (“Çelsi”, 130 (+40) milyon avro);
  2. Aleksander İsak (“Nyukasl”, 100 (+25) milyon avro);
  3. İtan Nvaneri (“Arsenal”, 55 (+25) milyon avro);
  4. Din Höysen (“Bornmut”, 42 (+24) milyon avro);
  5. Abdukodir Xusanov (“Mançester Siti”, 35 (+23) milyon avro);
  6. Niko Qonsales (“Mançester Siti”, 40 (+22) milyon avroлн);
  7. Maylz Lyuis-Skelli (“Arsenal”, 28 (+18) milyon avroлн);
  8. Vitor Reys (“Mançester Siti”, 30 (+16) milyon avroлн);
  9. Ömər Marmuş (“Mançester Siti”, 75 (+15) milyon avro);
  10. Rayan Qravenberx (“Liverpul”, 70 (+15) milyon avro).
Seçilən
2
arena.az

1Mənbələr