Şəmkir rayonunun həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayəti araşdırılması üçün hakim icraatına verilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Alimpaşa Məmmədovun kassasiya şikayətinə Ali Məhkəmədə hakim Şahin Yusifovun rəhbərlik etdiyi kollegiyada baxılacaq.
Məhkəmə baxışı iyunun 6-na təyin olunub.
A.Məmmədov kassasiya şikayətində cəzasının azaldılmasını və üzərinə həbs qoyularaq müsadirəsinə qərar verilmiş əmlakının geri qaytarılmasını istəyib.
Bundan əlavə “Abad Şəmkir” MMC-nin üzərindən müsadirə qərarının götürülməsini də istəyiblər.