AZ

37 yaşında meydanı tərk etdi

Fransa yığmasının sabiq futbolçusu Kevin Qameyro karyerasını başa vurub.

37 yaşlı hücumçu bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Qameyro PSJ ilə Fransa Liqa 1-də çempion olub. Sonuncu klubu “Strasbur” olan futbolçu milli komandada 13 oyuna 3 qol vurub. O, “Loryen”, “Sevilya”, “Atletiko” və “Valensiya”da da çıxış edib.

Kevin Avropa Liqasının 4 qat qalibi olub və 1 dəfə İspaniya kubokunu qazanıb.

Seçilən
26
football-plus.az

1Mənbələr