Almaniyanın paytaxtı Berlində Nəqliyyat Korporasiyasının işçiləri yenidən iki günlük tətilə başlayıblar.
KONKRET.az xəbər verir ki, Almaniyada baş verən tətillər sosial həyata mənfi təsir göstərməyə davam edir.
Berlin Nəqliyyat Korporasiyasının (BVG) işçiləri maaşların artırılması tələbi ilə martın 19-u və 21-də 48 saatlıq xəbərdarlıq tətilinə başlayıblar.
Tətillə əlaqədar paytaxtda nə şəhər avtobusu, nə metro, nə də tramvay hərəkət etməyəcək.
Berlində yalnız başqa bir şirkət tərəfindən idarə olunan şəhərdaxili və şəhərətrafı qatarlar müntəzəm olaraq işləməyə davam edəcək.
Aynurə İsmayıl
KONKRET.az