AZ

Yeni "Culfa" yarımstansiyasında sınaq-sazlama işləri yekunlaşıb (FOTO)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında istehlakçıların etibarlı vəkeyfiyyətli elektrik enerjisi ilə təchiz olunması qarşıda duran ənmühüm vəzifələrdən biridir.

Naxçıvan Dövlət Energetika Xidmetindən Trend-ə verilən məlumata görə, bu məqsədləəhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminolunması, qəza açılmalarının minimuma endirilməsi, elektriktəchizatının etibarlılığının yüksəldilməsi diqqət mərkəzindəsaxlanılır. Bu baxımdan yeni texnologiyaların tətbiqi vəmaddi-texniki bazanın müasirləşdirilməsi başlıcaprioritetlərdəndir.

2004-cü ildə köhnə avadanlıqlardan istifadə edilərək o dövrünelektrik enerjisi tələbatına uyğun tikilən 132/110/10 kilovoltluq"Culfa" yarımstansiyasının köhnə avadanlıqları müasir tələblərəcavab vermədiyindən və istismar müddətini bitirdiyindən tamamiləyenidən qurulub.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 132/110/35/10kilovoltluq yeni "Culfa" yarımstansiyası üçün alınmıştransformatorların quraşdırma işləri yekunlaşıb. Naxçıvan MuxtarRespublikası Dövlət Energetika Xidmətinin, “Azərenerji” AçıqSəhmdar Cəmiyyətinin və Türkiyə Respublikasının “Europower Enerjive Otomasyon Teknolojileri San. Tic. Anonim Şirkəti”ninmütəxəssislərinin iştirakı ilə yarımstansiyada rele-mühafizə vəSCADA sistemləri üzrə son sınaq-sazlama işləri həyata keçirilib,“Azərenerji” ASC-nin avtomatlaşdırılmış SCADA dispetçer sisteminəqoşulubdur.

Yarımstansiyada 132/110 kV-luq 50 MVA gücündə bir ədəd,110/35/10 kV-luq 16 MVA gücündə iki ədəd yeni transformatorquraşdırılıb, yarımstansiyanın gücü 82 MVA-ya çatdırılıb.

Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı qurğu inşaedilib, kabel zirzəmisi inşa olunub, optik kabel çəkilib,beynəlxalq standartlara cavab verən müasir tipli elektrikavadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikasistemləri ilə təchiz edilib. Binanın damında daxili elektrikenerjisi təlabatı üçün günəş panelləri və üç ədəd 5 kilovat gücündəinvertorlar quraşdırılıb. Burada növbətçi heyət üçün lazımi işşəraiti yaradılıb, müvafiq xidmət otaqları, texniki xidmət vəidarəetmə otaqları inşa edilib.

Yarımstansiyada 35 kilovoltluq qapalı paylayıcı qurğununtikintisi və şəbəkə ilə əlaqələndirilməsi Culfa rayonunda 35kilovoltluq dairəvi elektrik təchizat sxemlərinin yaradılmasına,elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına xidmətedəcəkdir.

Yarımstansiyanın yenidən qurulması ilə 110 kilovoltluq elektrikverilişi xətlərinin əlaqələnmə sxemlərinin dəyişdirilməsi mümkünolub. Bununla da Biləv Su Elektrik Stansiyası, 110/35/10kilovoltluq “Çeşməbasar” yarımstansiyası arasında 110 kilovoltluqelektrik təchizatı sxeminin etibarlılığı artırılıb, gələcəkdə 36MVt Ordubad Su Elektrik Stansiyasının yarımstansiya iləəlaqələndirilməsi nəzərə alınıbdır.

Yarımstansiya muxtar respublika enerjisisteminə tam inteqrasiyaedildikdən sonra, elektrik enerjisinin ötürülməsinin dayanıqlığıilə yanaşı, Culfa və Ordubad rayonlarında əhali və qeyri-əhaliabonentlərinin, bir sıra istehsal və infrastruktur obyektlərininelektrik enerjisi ilə təminatı yaxşılaşdırılacaq, elektrik enerjisiilə təchiz edilən bütün növ mövcud istehlakçılarla yanaşı,perspektivdə yaranacaq abonentlərin elektrik enerjisi təminatınıdaha keyfiyyətli və dayanıqlı formada həyata keçirmək üçün də bütünimkanlara malik olacaqdır.

Yeni
Yeni
Yeni
Yeni
Seçilən
3
2
az.trend.az

3Mənbələr