AZ

Türkiyə prokurorluğu İmamoğlu İnşaat şirkətinə HƏBS QOYDU

Bu gün saxlanılan İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun da ortağı olduğu İmamoğlu İnşaat şirkətinə həbs qoyulub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə prokurorluğu qərar verib.

Qeyd edək ki, İstanbul bələdiyyə sədri və Türkiyə müxalifətinin lideri Əkrəm İmamoğlu səhər saatlarında saxlanılıb.

İstanbul Baş Prokurorluğunun apardığı genişmiqyaslı araşdırmanın əsasını İstanbul Bələdiyyəsinə məxsus media şirkəti Medya A.Ş.-nin tender proseslərində yol verdiyi qanunsuzluqlar təşkil edir.

Bizim.Media

Seçilən
3
bizim.media

1Mənbələr