AZ

İstanbul bələdiyyə sədrinin həbsinə etiraz edən tələbələrə polis güc tətbiq edib » AzadMedia.az


İstanbulda bir neçə universitetin tələbələri bu gün səhər saatlarında həbs olunan İstanbulun müxalifət bələdiyyə sədri Əkrəm İmamoğluna etiraz olaraq etiraz yürüşü keçirməyə cəhd ediblər.

Türkiyənin “Cumhuriyet” qəzetinin məlumatına görə, İstanbulun bir neçə universitetinin tələbələri İstanbul Universitetinin ərazisindən etiraz yürüşü təşkil etməyə cəhd ediblər, lakin polis barrikadaları ilə qarşılaşıblar. Polis güc tətbiq edərək tələbə yürüşünü dağıdıb.

Qeyd edək ki, bu gün, martın 19-da polis İstanbulun müxalifətçi bələdiyyə sədri Əkrəm İmamoğlunu həbs edib. Ona 2 müxtəlif iş üzrə ittiham irəli sürülüb.

İmamoğlu qarşıdan gələn prezident seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibidir.
Seçilən
4
azadmedia.az

1Mənbələr