AZ

“Tramp Ukraynaya AES-ə Amerika mülkiyyətini təklif etdi” – Ağ Ev


“ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə deyib ki, atom elektrik stansiyalarına Amerikanın sahibliyi onlar üçün ən yaxşı müdafiə olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.
Onun sözlərinə görə, Tramp Zelenski ilə Ukraynanın elektrik təchizatı və atom elektrik stansiyalarını müzakirə edib:
“Tramp deyib ki, ABŞ elektrik enerjisi və kommunal xidmətlər sahəsində təcrübəsi ilə bu planların həyata keçirilməsində böyük kömək edə bilər. Amerikanın bu stansiyalara sahib olması bu infrastruktur üçün ən yaxşı müdafiə və ölkənin enerji infrastrukturuna dəstək olacaq”.
Seçilən
6
yeniavaz.com

1Mənbələr