AZ

Tramp İrana ultimatum verdi: “Onlar tamamilə məhv ediləcək”

İran “Ənsar Allah” üsyançı hərəkatının Yəmən husilərinə dəstəyini tamamilə dayandırmalıdır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "X" sosial şəbəkəsində yazıb.

"İran husilərə göstərdiyi dəstəyi azaltsa da, tədarük səviyyəsinin hələ də yüksək olduğu barədə xəbərlər var. İran bunu dərhal dayandırmalıdır. Qoy husilər təkbaşına mübarizə aparsınlar", - Tramp qeyd edib.

ABŞ lideri husilərin onsuz da məğlub olacağını, artıq böyük itkilər verdiyini və vəziyyətin daha da pisləşəcəyini bildirib.

Seçilən
2
3
publika.az

4Mənbələr