AZ

Xelif Trampın transgender siyasətinə belə reaksiya verdi

Qalmaqallı əlcəzairli boksçu İman Xelif Donald Tramp prezident olduqdan sonra ABŞ-ın daxili siyasətindəki dəyişikliklərə münasibət bildirib.

Publika.az xəbər verir ki, Xelif “İTV News”a deyib:

“ABŞ prezidenti Amerikada transgender siyasəti ilə bağlı qərar verib? Mən sizə belə cavab verəcəm: mən transgender deyiləm. Bunun mənə aidiyyəti yoxdur və məni qorxutmur. Budur mənim cavabım.

İkinci Olimpiya qızıl medalını qazanmaq arzusundayam. Amerikada, Los-Ancelesdə (şəhər 2028-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edəcək - red).

Əlcəzairdə dediyimiz kimi, gizlədəcək heç nəyi olmayanların qorxusu yoxdur. Paris Olimpiadasında həqiqət aydın oldu – ədalətsizlik üzə çıxdı, sonradan Olimpiya Komitəsi də həqiqəti etiraf etdi. Mən də başqa qızlar kimi özümü qız hesab edirəm. Qız doğuldum, qız kimi böyüdüm və bütün həyatımı qız kimi yaşadım. Mən bir çox turnirlərdə, o cümlədən Tokio Olimpiadasında və digər böyük yarışlarda, həmçinin dörd dünya çempionatında çıxış etmişəm. Bütün bunlar qalib gəlməyə və titullar almağa başlamazdan əvvəl idi. Amma uğur qazanmağa başlayan kimi mənə qarşı qarayaxma kampaniyaları başladı”.

Seçilən
8
1
publika.az

2Mənbələr