Bakı. Trend:
ABŞ-nin Merilend ştatının qubernatoru Ves Mur Novruz bayramımünasibətilə bəyanat imzalayıb.
Trend-inməlumatına görə, bəyanatda Novruzun yazın gəlişini və təbiətinyenilənməsini simvolizə edən qədim və şən bayram olduğu vurğulanır.Qeyd edilib ki, bu bayram artıq 3 min ildən çoxdur ki, qeyd olunurvə milyonlarla insan tərəfindən tanınır. Novruz sülhü, yenilənmənivə mədəni birliyi təcəssüm etdirən bayram kimi xarakterizəedilir.
“Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycan icmalarıda Novruzu özünəməxsus ənənələrlə – xeyrin şər üzərində qələbəsinisimvolizə edən mərasimlər, musiqi, rəqslər, bayram süfrələri vəmədəni tədbirlərlə qeyd edirlər. Merilend ştatı, azərbaycanlılar dadaxil olmaqla, dövlətimizin mədəni, sosial və iqtisadi həyatınamühüm töhfə verən müxtəlif icmalara ev sahibliyi etməklə qürurduyur. Novruzun qeyd olunması bizim azərbaycanlı amerikalılar vəonların icmaları ilə dostluq əlaqələrimizi daha da möhkəmləndirir.Biz Novruzu tanımaq və qeyd etməklə Azərbaycanın zəngin mədəniirsinə hörmətimizi ifadə edir və onun təbliğinə töhfə veririk”, –deyə bəyanatda qeyd olunub.