AZ

İranda İlaxır çərşənbədə 5 mindən çox adam xəsarət alıb, ölənlər var

İranda İlaxır çərşənbə ilə bağlı keçirilən mərasimlərdə 19 nəfər həyatını itirib.

 

Bu barədə İranın "Isna" agentliyi məlumat yayıb.

 

Ümumilikdə isə təkcə ötən gecə keçirilən bayram şənliklərində 5 568 nəfər xəsarət alıb.

 

İran Fövqəladə Hallar Mərkəzinin sözçüsü Babək Yektapərəst jurnalistlərə bildirib ki, xəsarət alanların əksəriyyəti müxtəlif yanıq xəsarəti ilə xəstəxanalara yerləşdirilib.




Seçilən
6
senzor.az

1Mənbələr