İstanbul şəhər Prokurorluğu şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə səbəb olan ittihamlar barədə açıqlama yayıb.
Aznews.az xəbər verir ki, açıqlamada qeyd olunur ki, Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyə sədri olduqdan sonra Beylikdüzü Bələdiyyə sədri olduğu müddətdən bəri yanında olan və ona sadiq olan şəxsləri Böyükşəhər Bələdiyyəsinin bölmə və tabeliyindəki qurumların rəhbərlərinə təyin edib.