Baş Prokurorluğun son addımı "söyüş müxalifəti”nin cinayətkar üzvlərini əməllicə səksəkəyə salıb. Ona görə gündə 5-6 veriliş hazırlayırlar, həmin verilişlərdə ağızlarına gələni danışırlar və bu minvalla guya qorxularını gizlətməyə, bir-birinə dəstək verməyə çalışırlar. Amma çifayda! Necə deyərlər, qorxunun əcələ faydası yoxdur. Bütün hallarda gələcəklər. Gəlməyə məcbur olacaqlar. Gətiriləcəklər.
Gəlməlidirlər. Gətirilməlidirlər!
Dünən Tural Sadıqlının Sevinc Osmanqızı ilə söhbətinə baxdım. Təbii, yenə boş-boş danışırdılar. Həmişəki kimi. Və birdən Sevinc qayıtdı ki, "Hakimiyyət bir tək bizim kimi ulduzları deyil, hətta xaricdəki mitinqlərdə iştirak edən və kimsənin tanımadığı siravi adamları belə təqib edir.”
Heyhat! Hər şey bir yana qalsın, "bizim kimi ulduzlar” nə idi, ay Sevinc? Sən müğənnisən, rəqqasəsən, aktrisasan, yoxsa nəmənəsən? Bu nə özündənmüştəbehlikdir? Bu nə özünə ad qoymadır? Bu nə taclandırmadır? Bu nə özünəvurğunluqdur?
Ulduz ha. Bir sənsən ulduz, bir də həmsöhbətin, həmməhəbbətin Tural. Bir - şivəsindən də satqınlıq qoxusu gələn Qurban Məmmədovdur ulduz, bir də ləyaqətsizliyin anatomiyasını yazan Qabil. Bir – səviyyəsizliyin comolunqması olan Məhəmməd Mirzəlidir ulduz, bir də neondertal tipindən heç cür müasir insan tipinə keçid edə bilməyən Orduxan.
Və necə ulduzsunuzsa, beşiniz bir yerə düşəndə yarım qram işartı, parıltı verə bilmirsiz. Hara getsəz QARAnlıq çökür. Hardan baxsaz QARAmatsız. Hara ayaq qoysaz QARAguruh damğası alnınızdadır!
Ona görə də "ulduz” söhbətinin başını buraxıb, onun əvəzinə başqa ifadə düşünmək lazımdır, Seva. Həm də təcili!
Məsələn, "qunduz” necədir?
Elşən Musayev, Milli Məclisin deputatı.