
Ukrayna lideri Vladimir Zelenski, ABŞ prezidenti Donald Trampın təklifi ilə Ukraynadakı münaqişə tərəflərinin enerji obyektlərinə hücumları dayandırmağa razı olub. “Ulusum”.az-ın məlumatina görə, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat verib."Zelenski, Rusiya enerji obyektlərinə hücumları dayandırmağa razılaşıb", - deyə agentlik məlumatında bildirilir.Agentliyin mənbələri, Ukrayna liderinin bu barədə 19 mart tarixində Trampla telefon danışığı zamanı məlumat verdiyini söyləyiblər. Bloomberg qeyd edir ki, hər iki tərəf atəşkəs rejiminin daha da genişləndirilməsi üzərində işləməyə razılaşıb.Tramp Zelenski ilə telefon danışığı keçirib. ABŞ prezidenti bildirib ki, danışıq, Moskva və Kiyev arasındakı münaqişə həlli mövqelərini yaxınlaşdırmağa yönəlmişdi.
Diqqət Çəkənlər
Putin və Trampın söhbəti tarixə düşüb
Azərbaycanda süni intellekt strategiyası təsdiqlənib - SƏRƏNCAM
"Bahar tələsi": Ev üsulları ilə VDD ilə mübarizə