AZ

“Fiorentina”nın forvardı İngiltərə yolunda

İtaliya A Seriyası təmsilçilərindən "Fiorentina"nın hücumçusu Moyse Kin karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, futbolçu ilə "Arsenal", "Tottenhem", "Nyukasl Yunayted" və "Vest Hem" komandaları yaxından maraqlanır.

"Fiorentina" 25 yaşlı hücumçu üçün sərbəstqalma məbləği olan 52 milyon avro tələb edir.

Xatırladaq ki, klub Kini mövsümün əvvəli "Yuventus"dan 13 milyon avroya transfer etmişdi.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm komandasının heyətində çıxış etdiyi 34 rəsmi matçda 20 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Çempionlar Liqasının finalı Bakıda keçirilməyəcək

"İnter"in hücumçusu İngiltərə yolunda

“Türkiyə millisi ilə keçiriləcək ilk matç bizim üçün çox çətin olacaq”

Noyer milliyə qayıda bilər

"Fənərbaxça" - "Qalatasaray" matçı Madrid derbisindən daha maraqlıdır"

Seçilən
26
apasport.az

1Mənbələr