İtaliya millisinin hücumçusu Mateo Reteqi Millətlər Liqasının 1/4 finalında Almaniya ilə ilk oyunu buraxacaq.
QOL.az xəbər verir ki, bu barədə baş məşqçi Luçano Spaletti danışıb. O, futbolçunun əzələ gərginliyinə görə komandadan ayrıldığını açıqlayıb:
“Mateonun bərpası üçün vaxt yoxdur. Buna görə də onu göndərdik. Hazırda heç kimi əvəzedici heyətə çağırmayacağam. İlk oyunu necə keçirəcəyimizi görmək istəyirəm”.
Millətlər Liqasının 1/4 final mərhələsinin İtaliya - Almaniya oyunu bu gün keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.