Boks 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramında yer alacaq.
İdman.biz xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Yunanıstanın Kosta-Navarino şəhərində davam edən 144-cü sessiyasında verilib.
Beynəlxalq Boks Assosiasiyası (IBA) ilə bağlı narahatlıqlar səbəbindən boks 2022-ci ilin fevralında (BOK) sessiyasının təsdiq etdiyi qərara əsasən Los-Anceles-2028-in proqramından çıxarılmışdı.
Qeyd edək ki, Olimpiada 2028-ci ilin iyulunun 14-30-da keçiriləcək.
İdman.biz