AZ

İranda bayram fəlakətə çevrildi: Ölənlər arasında azərbaycanlılar da var

İranda İslam təqvimi ilə ilin axır çərşənbəsinə təsadüf edən “Çərşənbə Suri” adlanan şənliklər və bayramlara hazırlıq zamanı fəlakət baş verib. 

"Cebheinfo.az" xəbər verir ki, paytaxt Tehranda iftardan sonra başlayan bayram şənliklərində bəzi insanlar tonqal yandıraraq onun üstündən tullanıb, bəziləri isə atəşfəşanlıq, bəzən də əldəqayırma partlayıcılardan istifadə edib. Tehran Polis İdarəsi bu zaman partlayıcıdan istifadə edənlərin pilotsuz uçuş aparatları tərəfindən aşkar ediləcəyini açıqlasa da, partlayıcı maddələr səbəbindən ölənlər olub. İranın Təcili Yardım Mərkəzinin bəyanatına əsasən, bayramdan əvvəl və müxtəlif partlayıcı maddələrdən istifadə edilən bayramda həlak olanların sayı 21-ə, yaralıların sayı isə 6419-a yüksəlib. Yaralılardan 18-nin vəziyyəti ağırdır. 

Ən çox yaralananlar müvafiq olaraq Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycanda baş verib. Bu səhər verilən açıqlamada ölənlərin sayının 19, yaralıların sayının isə 5568 olduğu açıqlanmışdı. Hicri-şəmsi təqviminin tətbiq olunduğu İranda Novruzdan əvvəl ilin axır çərşənbə gecəsi keçirilən bayram şənliklərində xüsusilə uşaqlar və gənclər tonqalların üstündən tullanaraq atəşfəşanlıq, əldəqayırma partlayıcı yandırırlar. Bu şənliklər zamanı və ondan əvvəl partlayıcı maddələrin hazırlanması zamanı baş verən qəzalar ölkədə hər il onlarla insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olur. 

Seçilən
7
cebheinfo.az

1Mənbələr