AZ

Quba Rayonlararası Psixonevroloji Mərkəzi novruz bayramınızı təbrik edir

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı, səadət və süfrələrinzə bol ruzi-bərəkət arzulayıram.

 

Ümummilli Lider Heydər Əliyevin respublikamıza bütün rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi tarixi köklərə qayıdışın parlaq nümunəsi olmaqla yanaşı, xalqımızın həmrəyliyini və bütövlüyünü təcəssüm etdirmişdir. Ulu Öndərin siyasətini layiqincə davam etdirən dövlət başçısı möhtərəm cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə milli birlik və həmrəyliyimizi əks etdirən, mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan Novruz bayramı hər il yüksək səviyyədə qeyd olununur. Ölkəmizin birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuş, beləliklə, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir.

 

Artıq 5-ci ildir ki, xalqımız Novruz bayramını tariximizə qızıl hərflərlə yazılmış şanlı qələbələrin sevinci və qüruru ilə qarşılayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Dəmir Yumruğunda birləşən qəhrəman əsgər və zabitlərimizin 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 19-20 sentyabr 2023-cü il tarixlərində uğurlu anti-terror əməliyyatında əzəli torpaqlarımızı işğaldan azad etməsi ilə qazandığı tarixi Zəfərlər Azərbaycana əbədi bahar gətirmişdir.

 

Bu gün işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ardıcıl uğurlu addımlar atılır, insanlarımız öz ata-baba yurdlarına qayıdırlar.

 

Bu bayram günlərində Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza Allahdan rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.

 

Sizlərə yeni-yeni uğurlar arzulayır, insanlar arasında səmimiyyət və saflıq duyğularını gücləndirən Bahar bayramı günlərində hər evə, hər ailəyə xoş ovqat və sevinc diləyirəm.

Novruz bayramınız mübarək olsun!

 

Quba Rayonlararası Psixonevroloji Mərkəzin

 

Seçilən
22
4
7times.az

5Mənbələr