AZ

Modriçin yerini kim tutacaq?

“Real”ın yay “transfer pəncərəsi” üçün planları müəyyənləşib.

"Football-plus.az"ın “Relevo”ya istinadla məlumatına görə, rəhbərlik yayda yarımmüdafiə xəttini gücləndirmək istəyir.

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin klubdakı gələcəyi hələlik məlum deyil. Təcrübəli futbolçunun “Real”la müqaviləsinin müddəti bu ilin iyul ayında sona çatacaq. “Real”ın skautlar şöbəsinin əsas vəzifəsi Modriçə layiqli əvəzləyici tapmaqdı.

Luka komandada 2012-ci ildən oynayır. O, bu mövsüm bütün turnirlərdə 44 matça çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

Seçilən
15
football-plus.az

1Mənbələr