AZ

"Bu gün işğaldan azad edilmiş doğma torpaqlarda Novruz süfrələri açırlar"- Deputat

"Novruz baharın gəlişini, təbiətin oyanışını, xalqımızın milli-mənəvi dəyərlərini, sülhü, tolerantlığı, humanizmi özündə ehtiva edir. "

Milli Məclisin deputatı Fəzail İbrahimli bunu News365.az-a deyib.

"Bu gün işğaldan azad edilmiş doğma Azərbaycan torpaqlarında Novruz tonqalları qalanır, Böyük Qayıdışdan sonra ata-baba torpaqlarına qayıdanlar Şuşada, Xankəndidə, Füzulidə və digər işğaldan azad edilmiş şəhərlərdə bahar bayramını qeyd edir, Novruz süfrələri açırlar. Cənab prezidentin Ağdərədə alovlandırdığı Novruz tonqalı düşmən tapdağından azad olmuş bütün torpaqlarımıza işıq saçır. Dövlət başçısının Novruz bayramını Qarabağda doğma yurdlarına əbədi qayıtmış sakinlərlə qeyd etməsi, bayram sevinci bəxş etməsi dövlətimizin hər zaman onların yanında olduğunu göstərir.
Əziz həmvətənlərim, dostluq, həmrəylik, birlik bayramı olan Novruz bayramınızı ürəkdən təbrik edirəm. Hər birinizə aydın səma, əmin-amanlıq, can sağlığı, bol ruzi-bərəkət, firəvan həyat arzu edirəm."
Seçilən
11
news365.az

1Mənbələr